Əli Əliyevin sənədləri MSK-ya verildi

img

21-02-2018 [16:54]


Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, 11 aprel növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülmüş Əli Əliyevin sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

Partiyadan Mia.az-a bildirilib ki, VİP sədrinin müavini və bu seçkilərdə partiyanın səlahiyyətli nümayəndəsi təyin edilmiş Ramil Hüseynovun təqdim etdiyi sənədlər MSK-nın əməkdaşları tərəfindən yoxlanılaraq, qəbul olunub.

Seçki qanunvericiliyinə əsasən, MSK Əli Əliyevin namizədliyinin irəli sürülməsinə dair qərarı 5 gün ərzində qəbul etməlidir.

Qeyd edək ki, VİP sədri Əli Əliyevin prezidentliyə namizədliyi partiya Məclisinin bu il fevralın 18-də keçirilmiş iclasında irəli sürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR