Prezident Administrasiyası rəhbəri və şöbə müdirləri ilə bağlı sərəncam - Onlar Şura uzvləri təyin edildilər

img

20-02-2018 [17:16]


Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az-ın xəbərinə görə, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvləri təyin ediliblər:

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri

Süleyman İsmayılov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Şahin Əliyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Tələt Məcidov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri

Urxan Ələkbərov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Digər xəbərlər
SON XƏBƏRLƏR