Bəzi nazirliklərin adı dəyişdirilə bilər - Deputatdan şərh

img

20-02-2018 [14:06]


Orfoqrafiya lüğətində bəzi qaydaların dəyişdirilməsi büdcədən ciddi vəsaitlərin ayrılmasına səbəb ola bilər.

Kult.az xəbər verir ki, bu sözləri Dövlət Dil Komissiyasının üzvü, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib. Onun sözlərinə görə, Azərbaycan dili iltisaqi cəhətdən güclü dildir:

"Ona görə də region dillərinin Azərbaycan dilinə təsiri olmur. Fars dilinin bizim dilimizə təsiri güclü olub. Çünki mükəmməl dildir. Ərəb dilinin də təsiri olub, çünki dinimizin dilidir. Rus dilinin dilimizə təsiri xüsusilə məişət üslubunda olub. Sadəcə, biz Avropa mənşəli sözləri öz dilimizə rus dilindən tərcümə olunmuş şəkildə qəbul etdiyimiz üçün bu gün rusdilli vurğudan Avropa vurğusuna keçə bilmirik. Bu problem bütün dillərdə var".

N.Cəfərov onu da qeyd edib ki, orfoqrafiya qaydaları layihəsində elə qaydalar var ki, əgər onların dəyişdirilməsi qəbul ediləsə, büdcədən ciddi məbləğdə vəsait ayrılmalıdır:

"Ana dilini gözəlləşdirmək üçün gözəl şeirlər yazmaq yox, sözləri düz yazmaq lazımdır. Orfoqrafiya qaydalarına dəyişiklik sadə proses deyil. Burada ediləcək dəyişikliklər nəticədə bir çox rəsmi sənədlərdə də dəyişikliyi zəriru edəcək. Elə qaydalar var ki, onların dəyişdirilməsi qəbul olunsa, büdcədən çoxlu pul ayrılmalıdır. Məsələn, iki "y" hərfi ilə yaxılan sözlərin bir "y" hərfi ilə yazılması qaydalara əlavə edilərsə, bir neçə nazirliyin rəsmi adı da dəyişdirilməlidir. Bunlar arasında Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi var...

 Bu, çox ciddi bir məsələyə çevrilə bilər".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı