Deputatlar, Ombudsman və MSK üzvlərinin pensiyaları ilə bağlı dəyişiklik Milli Məclisdə

img

20-02-2018 [13:03]


Azərbaycanda indiki və sabiq Milli Məclis deputatlarına, Ombudsmana və Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinə, onların ailə üzvlərinə əmək pensiyalarına görə edilən yeniliklər ilə bağlı məsələ parlamentin Əmək və Sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iclasında müzakirəyə çıxarılıb.

"Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında”, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunlarda və Seçki Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən qeyd olunan şəxslərin qulluq stajı əsasında onların əmək pensiyalarına yeni şərtlərlə əlavələr təyin edilir.

Layihələrə görə, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş, azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olduqda, indiki və sabiq Ombudsmana, Milli Məclis deputatlarına, MSK üzvlərinə, o cümlədən onların ailə üzvlərinə qulluq stajı əsasında əmək pensiyasına əlavələr təyin olunur.

Müzakirələrdən sonra layihələr plenar iclasa tövsiyə olunub.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq