Məmurlara ömürlük müavinətin təyin olunması şərtlərində dəyişiklik olacaq

img

20-02-2018 [12:45]


Bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclası keçirilib.

İclasda "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib. Layihədə qanunun 7.0.1-ci maddəsində "dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il)" sözləri "dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il)" sözləri ilə əvəz edilməsi təklif edilir.

Bununla da, "Dövlət qulluğu haqqında" qanuna əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda dövlət qulluqçularına ömürlük müavinət təyin edilir.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, dövlət qulluqçularına ömürlük müavinət - "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğunda xidmət illərinin minimum həddinə (5 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq