Ordumuzun ilk zenit raket artileriya divizionu... - VİDEOREPORTAJ

img

20-02-2018 [12:21]


Azərbaycan Silahlı Qüvvələrinin ilk zenit raket artileriya divizionun əsgər və zabit heyəti hər ilin fevralında Şəhidlər Xiyabanına toplaşır. 

Məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində həyatını itirən döyüş yoldaşları ilə yanaşı digər vətən övladlarının da məzarını ziyarət etmək, onların əziz xatirəsini anmaqdır. 1993-cü ildə zenit raket artilleriya divizionunun yaradılmasında məqsəd, düşmənin helikopter vasitəsi ilə Qarabağdakı separatçı ermənilərlə əlaqəsinə maneə yaratmaq olub. Divizionun tərkibində 100 nəfərə yaxın əsgər və zabit toplanıb. Onlardan 26-sı şəhidlik zirvəsinə ucalıb.Qəlbi Qarabağ sevgisi ilə döyünən veteran zabit və əsgərlər bu gün təskinliyi döyüş yoldaşları ilə görüşdə tapırlar. Onlar torpaqların azad olunmasında hər zaman iştirak etməyə hazır olduqlarını bildirirlər.

Bu gün Azərbaycanda yaşından, cinsindən aslı olmayaraq hər bir kəs işğalda olan torpaqlarımızı azad etmək üçün Ali Baş komandanın ətrafında bir yumruq kimi birləşib. Vətənin keşiyində durmaq, düşmənə göz dağı vermək üçün gənclərimiz hərbi xidmətə yola düşəcəyi günü səbirsizliklə gözləyirlər. Birinci Qarabağ döyüşlərində iştirak edən və hazırda ehtiatda olan hərbçilərimiz də gənc nəsildən geri qalmır. Onlar hər an hərbi xidmətə yola düşməyə hazırdırlar. Çünki yarım qalan işlərini zəfərlə başa vurmaq istəyirlər.(24.arbtv.az)



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq