Hesablama Palatası daha iki qurumda audit yoxlaması aparıb - Materiallar parlamentə göndərilib

img

20-02-2018 [11:06]


Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Mia.az Palataya istinadən xəbər verir ki, iclasda "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyəti və ləğv prosesində olan "Gəncəbank”, "Parabank”,  "Bank Technique” və  "RoyalBank” Açıq Səhmdar Cəmiyyətlərinin əmanətçilərinə kompensasiya ödənişləri üzrə Əmanətlərin Sığortalanması Fondunda  aparılmış  audit tədbirlərinin nəticələri müzakirə edilib.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub:

"Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının  Milli  Məclisinə təqdim olunması qərara alınıb".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR