Nəsimi rayon məktəbliləri Memorial Soyqırım muzeyində

img

20-02-2018 [10:35]


Xocalı soyqırımının iyirmi altıncı ildönümü ərəfəsində Nəsimi rayon məktəbliləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olublar.

Ekskursiya zamanı bələdçi bildirmişdir ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir.

Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarətdir.

Muzeyin yaradılmasında əsas məqsəd XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırım cinayətləri barədə tarixi həqiqətləri əyani şəkildə gələcək nəsillərə çatdırmaq və ictimaiyyət arasında təbliğini genişləndirməkdir.

Muzeyin soyqırımları və terror bölmələrində erməni silahlı birləşmələri və keçmiş sovet ordusunun 366-cı alayının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə birgə hücumunu, Xocalı və ətraf ərazilərin işğalını əks etdirən maket və fotolar, habelə digər eksponatlar yer alıb. Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğuların, güllə başlıqlarının hadisə yerindən götürülmüş nümunələri də muzeydə saxlanılır.

Son illərdə erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən məqsədyönlü fəaliyyət daha da güclənmiş, ermənilərə qarşı ideoloji mübarizə daha effektiv xarakter almışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli addımların atılması prinsipiallıqla davam etdirilir.
Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən mühüm və əhəmiyyətli işlər, iri miqyaslı layihələr həyata keçirilir. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Xocalıya ədalət» kompaniyası bu soyqırım barədə həqiqətlərin dünya xalqlarına çatdırılmasında mühüm əhəmiyyət kəsb edir.
Muzeylə tanışlıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sifarişi ilə hazırlanmış "Əsrin faciəsi” sənədli filminə baxılmışdır.





Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq