Bakıda restoranda musiqiçilər arasında dava düşdü - Biri xəsətxanalıq oldu

img

20-02-2018 [00:54]


Bakının Nəsimi rayonu ərazisində, "Şərq bazarı" ticarət mərkəzi yaxınlığında yerləşən "Şərq ulduzu" restoranında musiqiçilər arasında dava düşüb.

1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.

Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq