Azərbaycan neftinin qiyməti qalxdı - 0,94 dollar/barel

img

19-02-2018 [23:59]


CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 66,21 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,94 dollar/barel çoxdur. 

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 65,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,95 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 61,4 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,14 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti isə 64,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR