Yol polisi DTX-nın anti-terror əməliyyatına mane oldu, işdən qovuldu - Nazirdən əmr

img

19-02-2018 [23:56]


Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Mia.az xəbər verir ki, DİN-dən Sfera.az-a verilən məlumata görə, buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub.

Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman A.Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib.

Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq