Fazil Mustafa Prezidentliyə namizəd olmadı - BQP-də seçki və gündəmlə bağlı toplantı

img

19-02-2018 [21:07]


Bu gün BQP başqanı Fazil Mustafanın sədrliyi ilə partiyanın Siyasi Qurulunun növbəti iclası keçirilib. 

Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda partiyadaxili eləcə də, ölkə və dünya gündəmində yer alan bir sıra məsələlər müzakirə olunub.

Partiya sədri iclas iştirakçıları qarşısında "İctimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda ənənəvi məruzəsini təqdim edib.

İclasda yerli rayon və şəhər təşkilatlarında vaxtı çatmış hesabat-seçki yığıncaqlarının keçirilməsinin yekunları haqqında məlumat dinlənilib, partiya nizamnaməsinə və qəbul edilən qrafikə uyğun aparılması təsdiq edilən konfrans və iclasların keçirilməsi vəziyyəti qənaətbəxş hesab edilib.

Siyasi Qurul qarşıdakı növbədənkənar prezident seçkilərində partiyanın iştirakı haqqında məsələni geniş müzakirə edib.

 İclas 11 aprel 2018-ci il tarixdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində Böyük Quruluş Partiyasının ayrıca namizəd irəli sürməsinin məqsədəuyğun hesab edilməməsi haqqında qərar qəbul edib. Həmçinin, iddiaçı namizədlərdən hər hansı birinin dəstəklənməsi barədə tövsiyə xarakterli müraciətin Mərkəzi Seçki Komissiyası tərəfindən namizədlərin qeydə alınması barədə qərarından sonra təşkilatın strukturlarına çatdırılacağı qeyd edilib.

İclasda, ölkə başçısının İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncamı təqdirlə qarşılanıb: "Ölkə maraqlarına xidmət edən və hər cür kənar təsirlərdən uzaq savadlı, yüksək ixtisaslı ilahiyyatçı kadrlarla cəmiyyətin təmin edilməsi hər şeydən öncə, ölkənin milli təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Şübhə etmirik ki, bu sərəncam kifayət qədər cəmiyyətimizdə özünə yer etmiş cəhalət və xurafatın yerinə gerçək islami dəyər və biliklərin mənimsədilməsi baxımından faydalı nəticələr verəcək”.

Sonda cari məsələlər müzakirə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı