Sumqayıtda “Azərbaycan ədəbiyyatı və müasir informasiya” adlı tədbir keçirildi - FOTOLAR

img

19-02-2018 [20:02]


Bu gün (18.02.2018) Sumqayıt şəhər M.Ə.Rəsulzadə adına kitabxana filialda ziyalılarla jurnalistlərin "Azərbaycan ədəbiyyatı və müasir informasiya” başlığı altında görüşü keçirildi.

Tədbiri kitabxananın müdiri Ofelya Qafarova açaraq qonaqları salamladı.Tədbirin mövzu və mahiyyəti haqqında fikirlərini söylədi. Tədbirin diskussiya şəklində davam etməsi təklifini irəli sürən Ofelya xanım mövzunun müzakirəsini iştirakçıların ixtiyarına buraxdı.

Tədbirdə Əməkdar mədəniyyət işçisi, şair, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu, "Sumqayıt hadisələri” kinofilminin rejissoru və müəllifi, yazıçı-jurnalist Eyruz Məmmədov, "Möhtəşəm Azərbaycan" qəzetinin təsisçisi və baş redaktoru, AJB-nin Sumqayıt təşkilatının sədri, Əməkdar jurnalis Rafiq Oday, Sumqayitfakt.az saytının təsisçisi, AYB və AJB üzvü, şair- jurnalist Namiq Dəlidağlı, "Mia.az” saytının baş redaktoru Zaur Əhməd, Xebrlent.az saytının baş redaktoru Bəhruz Slamanov, uzun illər Az.tv-də "Səhər” verlişinin redaktoru olmuş, yazar Seymur Şahbazov, "Zaman və biz” qəzetinin baş redaktoru Sübhan Arifoğlu, AYB üzvü, şair-jurnalist Xaqani Abbasəli Öztürk, Sumqayıt "Poeziya Evi"-nin direktoru, şair İbrahim İlyaslı, şair Mayıl Məmmədli, AYB üzvü, şair Asif Asiman, şair-jurnalst Günel Eyvazlı, şairələr Şəhla Vahid, Sevinc Qərib, Sevda Kərimli ,AMEA-nın dissertantı, Tarix Araşdırmalar Qurumunun həmtəsisçisi, "Birlik.az” saytının baş redaktoru Vüsal Hətəmoviştirak edib.
Tədbirdə müasir Azərbaycan ədəbiyyatı və jurnalistikasının inkişafı , problemləri, eyni zamanda ədəbiyyatın təbliğində, maariflənmənin geniş vüsət almasında medianın rolunun hansı səviyyədə olduğu müzakirə olundu. Dilimizin, milli- mənəvi dəyərlərimizin qorunması və inkişafı da tədbirin əsas müzakirə mövzusu oldu. Belə görüşlərin davamlı keçirilməsinin vacibliyi qeyd olundu. Sonda kitabxana rəhbəri iştirakçılara təşəkkürünü bildirdi və xatirə şəkilləri çəkildi.

Sosial şəbəkələrdə paylaş:


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq