Artur Rasizadə nazirliyin kollegiya tərkibini dəyişdirdi - Nazir və müavinləri, şöbə müdirləri... + Siyahı

img

19-02-2018 [17:08]


Baş nazir Artur Rəsizadə "Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərarla Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikasının energetika naziri

Kollegiyanın üzvləri:

energetika nazirinin müavinləri;

Energetika Nazirliyinin Aparatının rəhbəri;

Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri;

Energetika Nazirliyi Aparatının neftqaz siyasəti şöbəsinin müdiri;

Energetika Nazirliyi Aparatının energetika şöbəsinin müdiri;

Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı