Prezidentliyə 13 namizəd var - Son siyahı

img

19-02-2018 [16:49]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında aprelin 11-ə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən daha 1 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Mia.az xəbər verir ki, bununla prezidentliyə namizəd olan şəxslərin sayı 13-ə çatıb.

Növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülən şəxslər:

Azərbaycan prezidenti İlham Əliyev - prezidentliyə namizədiliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - prezidentliyə namizədiliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Zahid Oruc - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Fərəc Quliyev - prezidentliyə namizədiliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Araz Əlizadə - prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Asif Məmmədov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Razi Nurullayev - prezidentliyə namizədliyi "Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;

Elşən Həsənov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Hafiz Hacıyev - prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;

Fuad Əliyev - prezidentliyə namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Tural Abbaslı - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Anar Umudov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb;

Ramazan Bəkirov - prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı