19-02-2018 [16:41]
Seymur Verdizadə
Son günlər şou əhlini çox tənqid edirəm. Ona görə yox ki, bu adamlar ifa etdikləri bayağı mahnılarla xalqın musiqi zövqünü korlayırlar. Əsas səbəb odur ki, əksər müğənnilər gözümüzün içinə baxa-baxa yalan danışır, bizi avam yerinə qoymağa çalışırlar...
Bakıda, metronun "Əhmədli” stansiyası ilə "Ukrayna” meydanının arasında məşhur bir şadlıq evi fəaliyyət göstərir. Çoxlu qohum-əqrabası, yüzlərlə dost-tanışı olan bir adam kimi arabir məni də həmin şadlıq evinə toya dəvət edirlər.
Yaddaşıma güvəndiyim üçün əminliklə deyə bilərəm ki, masada ən azı 21 cür soyuq qəlyanaltı, 10 növ isti yemək olur. Nəfsini tərbiyə etməkdə aciz olan uca millətimin şən övladları arağı su yerinə içirlər. Axşam 7-dən sonra bəylə gəlini təbrik etməyə gələn xalq artistlərinin, əməkdar artistlərin, "Tərəqqi” medallı artistlərin ardı-arası kəsilmir. Axırda pul yazdırmasan, elə bilərsən ki, toyda yox, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sənət adamlarının iştirakı ilə keçirdiyi müşavirədəsən...
Dostumun oğlunun toyunda iştirak etmək üçün ötən həftə yolumu həmin şadlıq sarayından saldım. Ofisiant boşqabıma iki qaşıq salat çəkməyə macal tapmamış xalq artisti Səməd Səmədov məclisə təşrif buyurdu. Səməd müəllim fonoqrama ilə iki-üç bayağı mahnı oxuyub, nehrə boyda arvadların, boy-buxunda Koroğludan geri qalmayan cantaraq kişilərin şəkil çəkdirmək arzusunu yerinə yetirəndən sonra yerini əməkdar artist Bəsti Bəkirovaya verdi. Sağ tərəfimdə əyləşən tələbə yoldaşım Namiq müəllim fabrik toyuğunun ətindən bişirilmiş tikəni yeyib qurtarmamış Bəsti xanım ifasını başa vurub, məclisi tərk etdi.
Əməkdar artist Elza Seyidcahan kababla eyni vaxtda gəldi. Bir andaca pərəstişkarlarının əhatəsinə düşən Elza xanımın başı şəkil çəkdirməyə qarışdığı üçün mahnı oxumaq yaddan çıxdı. Sonra isə hələ də Səməd Səmədovun duet ortağı kimi tanınan müğənni Sevda salona daxil oldu. Həmin vaxt Namiq müəllimin telefonunda jurnalist dostum Azər Həsrətin müsahibəsini oxuduğum üçün Sevdanın nə oxuduğu yadımda qalmadı.
Bizim masanın ətrafında əyləşən kişilər siqaret çəkmək üçün bayıra çıxanda, əməkdar artist Cavanşir Məmmədovla Firuzə İbadova içəri girdi. Dostumun kasıb olduğunu bildiyim üçün bu qədər müğənnini hansı pulla toya dəvət etdiyi məni əməlli-başlı düşündürməyə başladı. Şəxsən tanıdığım, müxtəlif televiziya verilişlərində yanaşı əyləşdiyim, sənətinə hörmət etdiyim əməkdar artist Nüşabə Ələsgərli şadlıq evinə təşrif buyuranda təəccübüm ikiqat artdı. Burda bir sirr vardı. Bu sirri çözməsəm, gecə səhərə kimi gözümə yuxu getməyəcəkdi...
Təmiz hava almaq üçün bayıra çıxanda, foyedə dostumla qarşılaşdım. İlk sözüm bu oldu: "Nahaq yerə bu qədər məsrəf etmisən...”
Kişi heyrətlə üzümə baxıb, ağzını qulağıma yapışdırdı: "Bakıda burdan ucuz restoran yoxdur”.
Tez-tələsik dilləndim: "Bəs müğənnilər? Bunların biri toya 6-7 minə gedir. Bu qədər pulu hardan tapmısan?”
Dostum ətrafa nəzər salıb, heç kimin bizi eşitmədiyinə əmin olandan sonra belə dedi: "Yerin biri 25 manatdır. Müğənnilər isə restoranın hədiyyəsidir”.
Yenə fikrim qarışdı. Növbəti sualı verməkdən özümü saxlaya bilmədim: "Restoran 25 manatlıq yerdən nə qazanır ki, bunlara bir ətək pul verir?”
Dostum əlini çiynimə qoyub, belə dedi: "Mənim saf qardaşım, sən o adamların efirdə dediyi sözlərə inanma. Kimdir onlara 8-10 min manat verən? Bu gün gördüyün müğənnilərin hər biri bura 50 manata gəlib”.
Həyat yoldaşı dostumu çağırdığı üçün söhbətimiz yarımçıq qaldı...
Qonaqlarla beş-on dəqiqə söhbət edəndən sonra sağollaşıb, şadlıq sarayını tərk etdim. Pilləkənlərdən enəndə daha bir xalq artisti ilə qarşılaşdım. Əlli manatın arxasınca gəlmişdi...
... Bu sətirləri klaviaturada döyəcləyib qurtarandan sonra axtarış saytlarına daxil olub, müğənnilərin toy qiymətləri ilə bağlı kiçik bir araşdırma apardım. Həmin xalq artistinin qarşısında bu rəqəm yazılmışdı: 12 000 AZN.
PA rəhbəri, işçiləri, İcra Hakimiyyəti əməkdaşları...- Vəzifəli şəxslərin təsnifatında dəyişiklik edildi (YENİ QANUN)
Sabah rayonlara yağış yağacaq
Füzuli şəhərinə daha 150 nəfər köçürülüb
Azərbaycanla Albaniya arasında viza tələbi ləğv olunur
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
Hacı Şahinin “YouTube” kanalı bərpa olunub
Direktorun cinayət işi məhkəməyə göndərildi
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
Zahid Oruc: "Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”
Prezident İlham Əliyev Zelenskini Bakıya dəvət edib
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilir - Rəsmi açıqlama yayıldı
İsmail Kartal: "Qarşıda 5 oyun var, çempion olacağımıza inanıram..."
Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - SİYAHI
Hüquq müdafiəçisindən Qubad İbadoğlu haqda qərara şərh: "Bu variant daha çox tətbiq olunmalıdır..."
İsrail ordusu fələstinlilərin yaşadığı əraziyə növbəti hücum edib - Ölən və yaralılar var
Abel Məhərrəmovla polkovnik arasında torpaq qalmaqalı: "Keçmiş rektor zəbt eədiyi torpağımdan çıxmaq istəmir..."
Sumqayıt Regional Mərkəzinə rəis müavini təyin olunub
Almaniyada "zombi məzarı" tapılıb - FOTO
Rusiya Kiyev və daha bölgəyə hücum edib, yaralılar var - Açıqlamalar
“Beşiktaş”ın keçmiş futbolçusu baş məşqçi təyin olunub
Goranboy rayonunda zəlzələ olub
Türk model ABŞ-da öldürüldü, daha sonra isə.... - FOTO
İlkay Gündoğan "Barselona"dan ayrılır
Polşada NATO-nun təlimlərində ispan hərbçi ölüb - Açıqlamalar
İsrail ordusundan daha bir istefa - General "gedirəm" dedi
Aralıq dənizində zəlzələ olub
Daha köklü bir klub "Həvəskarlar liqasına "yuvarlandı"
Baydenin "əmimi adamyeyənər yeyib" iddiası Baş naziri qəzəbləndirdi: "Xalqımız bunu haqq etmir..."
Türkiyə kuboku: "Beşiktaş" bu heyıtlə meydana çıxacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" çempionluq yarışında ağır "yara aldı"
"Qarabağı tərk etmiş ermənilərin geri qayıtması real deyil" - "Daha o torpağa görə müharibə niyyətində deyilik"
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev və Putin veteranlarla görüşüblər - VİDEO
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Komitə sədri Baş redaktoru təbrik edib
Kəngərli rayonunda yol qəzası baş verib, xəsarət alanlar var
ƏLİYEVLƏ PUTİN BİR ARADA: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir" - Açıqlamalar (FOTOLAR) - YENİLƏNİB
Aran bölgəsində erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər keçirilib - FOTOLAR
Xankəndidən yenə silah-sursat tapılıb
Putin Paşinyanla görüşəcək - Peskovdan açıqlamalar
MEDİA: "Dezinformasiya xarakterli məlumatlar yaymayın!"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı