Azərbaycanda seçici siyahıları nə vaxt açıqlanacaq? - MSK tarixi müəyyənləşdirdi

img

19-02-2018 [16:25]


Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub.

MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Azərbaycanda hər il mayın sonuna qədər seçici siyahıları hazırlayır.

O bildirib ki, prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi bu prosesi sürətləndirib: "Seçici souahıları səsvermə gününə 35 gün qalmış hazır olmalıdır. Martın 3-nə qədər seçici siyahıları seçici siyahıları tərtib və təsdiq edilə bilər”.

MSK sədrinin müavini qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir: "Ötən illə müqayisə seçicilərin sayı 28 344 nəfər artıb".

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı