"Yağan yağışdan sonra Bayıldakı sürüşmə zonasında torpaq qatı ağırlaşıb” - Nazirlikdən açıqlama

img

19-02-2018 [12:03]


 "Son günlər yağan yağışdan sonra Bayıldakı sürüşmə zonasında torpaq qatı ağırlaşıb”.

Bunu "Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə getmək təhlükəlidir: "Ərazidə çoxsaylı, onlarla çat var. Çatlarda kiçik dəyişiklik olsa belə onu müşahidə etmək mümkünsüzdür”.

Ə.Qaralov qeyd edib ki, mütəxəssislər ərazidə gündəlik araşdırmalar aparır: "Proses davam edir, sürüşmə aktiv fazadadır. Ərazidə sakin yoxdur”.

Digər xəbərlər
SON XƏBƏRLƏR