“Samir Şərifov, Əbülfəs Qarayev, niyə maaşımızın 20-30 faizi kəsilir, nədir günahımız?” - Müəllimlərdən şikayət

img

19-02-2018 [10:48]


Mia.az-ın redaksiyasına Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindəki Bakıdakı musiqi məktəblərinin birinin müəllimləri müraciət ediblər.

Bəlli səbəblərdən adlarının çəkilməsini istəməyən müəllimlər deyir ki, son iki aydır maaşlarından müxtəlif məbləğdə vəsaitlər qanunsuz tutulur:

"Dekabr ayının maaşını alanda, baxdıq ki, hər birimizin maaşından 20-30 faiz pul kəsilib. Məsələn, 200 manat maaş alan müəllimin maaşı bu dəfə 160 manat oldu. Bununla bağlı rəhbərliyə müraciət etdik. Dedilər, bu problem nə məktəb, nə də müəllimlərlə bağlıdır. Problem guya büdcədə pul olmaması ilə bağlıdır. Ona görə də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu ay vəsaitlər belə paylaşdırılıb. Düzü, fikirləşdik ki,  əgər problem bir ayla bitəcəksə, olsun. Səsimizi çıxarmadıq”.

Şikayətçi müəllimlər deyir ki, fevralın əvvəlində maaşlarını alarkən yenə də eyni problemlə üzləşiblər: "Məlumat üçün deyək ki, biz maaşımızı kartla alırıq. Hər bir müəllim də maaşını fərdi şəkildə alır. Məktəbin yaxınlığında yerləşən aparatdan bir neçə müəllim birlikdə maaşımızı çəkəndə, yenə dəhşətə gəldik. Yenə də maaşımızdan 20-30 faiz tutulub. Bu dəfə də məktəb rəhbərliyi açıq şəkildə bunu bizim nazirliklə yanaşı, Maliyyə Nazirliyi ilə əlaqələndirib, problemin nə zamana qədər davam edəcəyini bilmədiklərini dedilər. Bundan sonra digər Musuqi məktəblərindəki həmkarlarımızla əlaqə saxladıq. Aydın oldu ki, bu qanunsuz hal Bakıdakı bütün musiqi məktəblərində yaşanır. Hamı narazıdır, hamı dərdini kimə və necə deyəcəyini bilmir. Bəziləri də qarşıdakı ayı gözləyir ki, yəqin daha belə hal olmaz. Biz anlamırıq, axı, bizim maaşlarımızdan niyə özbaşına pul tutmalıdırlar? Niyə maaşəmız tam şəkildə kartımıza vurulmur? Axı, bizim günahımız nədir Əblüfəs müəllim?”.

Onların üçün 40-50 manatın vacib olduğunu deyən müəllimlər bildirir ki, onsuz da maaşları azdır: "Belə olduğu halda niyə maaşımızın bir hissəsini də kəsməlidirlər? Axı, biz o maaşla dolanır, işə gedib-gəlirik. Niyə seçki qabağı narazılıq yaradırlar? Kimin  bu narazılığın böyüməsində marağı var ki?!”.

Sonda müəllimlər ümid edir ki, müraciətləri işqlanarsa, onların kəsilən maaşları da bərtpa olunar və bir daha bu problem yaşanmaz.

Məsələ ilə bağlı Maliyyə  və Mədəniyyət və Turizm nazirliklərinin də dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.

E.ARAZ    


Digər xəbərlər
SON XƏBƏRLƏR