Namizədin qeydə alınması üçün sənədlər MSK-ya təqdim edilə bilər - Sabahdan

img

19-02-2018 [10:17]


Sabahdan prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi başlayır.

Mia.az-ın məlumatına görə,bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.

Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.

Azərbaycanda hələ ki 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb.



Digər xəbərlər
SON XƏBƏRLƏR