Azərbaycanda komitə sədri vəfat etdi

img

19-02-2018 [10:17]


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov ötən gecə vəfat edib.

Bu barədə Mia.az-a Dövlət Komitəsindən verilən məlumata görə, o, səhhətində yaranan problemlə bağlı bu axşam  dünyasını dəyişib.

Qeyd edək ki, Abbas Ələsgərov 13 dekabr 1937-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Politexnik İnstitutunu bitirib. 16 mart 1959-cu ildən 11 mart 1960-cı ilə qədər Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"da mühəndis, həmin tarixdən 16 iyun 1961-ci ilə qədər isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" Trestində mühəndis və usta vəzifələrində çalışıb.

A.Ələsgərov 25 sentyabr 1961-ci ildən 29 oktyabr 1962-ci ilə qədər Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsində mühəndis, həmin tarixdən 22 noyabr 1976-cı ilə qədər Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy"də layihənin baş mühəndisi, şöbə müdiri və trestin baş mühəndisi, 5 avqust 1977-ci ilə qədər isə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsində baş mühəndis kimi vəzifələrdə işləyib.

5 avqust 1977-ci ildən 21 iyun 1982-ci ilə kimi SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunda baş mühəndisin müavini, 17 noyabr 1983-cü ilə qədər "Bakıbaştikinti"nin Layihə - Konstruktor Texnoloji Bürosunda direktor və 4 aprel 2007-ci ilə qədər isə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunda direktor olub.

4 aprel 2007-ci ildən Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb.

7 sentyabr 2007-ci ildən 6 noyabr 2012-ci ilə qədər Azərbaycan Memarlar İttifaqının sədri olub.

O, Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə "Şöhrət ordeni" ilə təltif edilib.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR