19-02-2018 [10:12]
Həftənin şənbə günü Aztv-də yayımlanan "Bizim Planet” analitik verilişi yenə də tamaşaçları qarşısına ölkə ictimaiətinin gündəmində olan ciddi müzakirələrlə çıxıb.
Azərbaycanda gedən siyasi-iqtisadi inkişaf və daima güclənməkdə olan dövlətimizə qarşı xarici qüvvələrin qarayaxma kampaniyasının geniş müakirə olunduğu veriliş həmişəki kimi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun maraqlı təqdimatında baş tutub. Aktual məsələlər ətrafında gedən diskursiyalarda Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və BP Şirkətinin vitse prezidenti Bəxtiyar Aslanbəyli iştirak ediblər.
Bildiyimiz kimi bu həftə Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı baş tutmuşdur. Mühüm siyasi-iqtisadi münasibətlərin müzakirəsi, dünya miqyaında güclü energetika layihələrinin icrası və davam etdirilməsi kimi vacib məsələlərin öndə tutulduğu görüşdə Prezident İlham Əliyev də iştirak etmişdir. Həmin məsələlərin diqqətə çatdırıldığı "Bizim Planet” verilişində müzakirəyə başlamazdan əvvəl İlham Əliyevin toplantıdakı çıxışına nəzər salan fraqment təqdim edilib.
Politoloq Rufiz Qonaqov prezidentin çıxışına nəzər salaraq bildirib ki, 1994-cü ildə ümummilli liderin əsasını qoyduğu "Əsrin Müqaviləsi” kimi layihələrin başladılması, bu prosesin uzun müddətli davam etdirilməsi və Azərbaycanın enerji şaxələndirilməsindəki iştirakı və Cənub Qaz Dəhlizinə qoşulan ölkələrin sayının çoxalması Azərbaycan enerji strategiyasının tarixi qələbəsidir.
Akademik Ziyad Səmədzadə "Əsrin Müqaviləsi”nə real tarixi nəzər yetirərək ulu öndərin çıxışını tamaşaçıların diqqətinə çatdırıb. Milli Məclisin komitə sədri Azərbaycanın əldə etdiyi iqtisadi uğurlarla yanaşı, dünya enerji siyasətindəki mühüm mövqeyini də vurğulayıb.
Müzakirəyə qoşulan siyasi elmlər doktoru Elçin Əhmədov qeyd edib ki: "Necə ki, "Əsrin Müqaviləsi” iyirminci əsr üçün mühüm hadisə idisə, "Cənub Qaz Dəhlizi”, "TANAP”, "TAP” layihələri də iyirmi birinci əsrin müqaviəsi kimi tarixə düşüb”. Elçin Əhmədov Azərbaycanın həyata keçirdiyi bu layihləri, onun qlobal miqyasda tutduğu mövqeyi və artıq dünyanın yeni enerji xəritəsini yaradan bir ölkəyə çevrilməsi kimi dəyərləndirib.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov 1994-cü ildə Azərbaycanın BP-nin rəhbərliyi ilə dünyanın aparıcı neft şirkətləri konsorsiumu ilə müqavilə imzalamasını və davam etdirilməsini ölkəmizdə və dünyada neftin inkişafı tarixində dönüş nöqtəsi kimi qiymətləndirib.
BP Şirkətinin vitse prezidenti Bəxtiyar Aslanbəyli müzakirə zamanı sözü gedən layihələrin potensialından danışıb. "Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılmasını qeyd edən BP Şirkətinin vitse prezidenti bunu Azərbaycanın enerji ehtiyatlarının zənginliyi ilə yanaşı, dünya neft hasilatında tutduğu yerin vacibliyi kimi dəyərləndirib. O, qeyd edib ki, bu gün dünya neft hasilatında "TANAP” kimi ikinci böyük bir layihə yoxdur.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının "Bizim Planet” verilişindəki müzakirəsində müxtəlif əsaslı nəticələr şərh olunub. Bildirilib ki, 2007-ci il də Azərbaycanın ilk dəfə qaz ixracatçısı olması, "Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və "Cənub Qaz Dəhlizi” layihəsi üçün bünövrə yaratması və digər faktlar Xəzərin enerji ehtiyatlarının dünya, xüsusilə də Avropanın təhlükəsizliyindəki yeri və rolu üçün olduqca əhəmiyyətlidir. Vurğulanıb ki, Azərbaycan dünya neft sənayesinin inkişafında öz sözünü deyib və bu siyasət uğurla davam etdiriləcəkdir. Dünya neft sənayesində yeni bir mərhələnin əsasını qoyan Azərbaycan artıq qlobal enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Qeyd olunub ki, beynəlxalq miqyasda əldə edilən bu uğurlar ölkənin siyasi, iqtisadi, demoqrafik və sosial təhükəsizliyi kimi dəyərləndirilməlidir. Neft layihələrinin şaxələndirilməsi siyasətinin kökündə milli maraqların dayanması və milli təhlükəsizliyin təminatında enerji təhlükəsizliyinin rolunun əhəmiyyəti xüsusi diqqətə çatdırılıb.
"Bizim Planet” verilişində eyni zamanda həftə boyu ermənipərəst dairələrin, erməni lobisinin təsiri ilə Ermənistanda və digər ölkələrdə Azərbaycana qarşı bir sıra aksiyaların, qarayaxma kampaniyaların həyata keçirlməsini ölkəmizin əldə etdiyi bu uğurları gözü götürməmək və birgə aparılan bu əsassız siyasət həmin qüvvələrin özlərinin ifşası kimi qiymətləndirilib.
İlham Əliyevin YAP-ın VI qurultayında Azərbaycanın tarixi torpaqlarının qaytarılması məsələsinə toxunması müxtəlif dillərdə kütləvi informasiya vasitələrində yayılıb. Təbidir ki, ermənipərəst qüvvələri və Ermənistan siyasətini narahat edən belə bir mövqe bu cür qarayaxmalarla Azərbaycanın imicini kölgələməyə çalışanların iddialarının əsassızlığının və məqsədlərinə çata bilməyəcəklərinin təzahürüdür.
Diskursiyaların nəticəsində vurğulanıb ki, Azərbaycanda həyata keçirilən bütün islahatlar, istər regional, istərsə də beynəlxalq miqyasda nüfuzunun gündən-günə artması, gələcək inkişaf potensialının güclədirilməsi ona imkan verir ki, ölkəmiz qarşıya qoyduğu bütün məsələlərin vaxtında icrasına nail olacaqdır. Milli maraqlara söykənən və Azərbaycançılıq xətti ilə yürüdülən siaysətimiz birgə dayandığı iqtisadi və ictimai sahələrlə fəaliyyətini möhkəmləndirərək öz gücünü beynəlxalq arenada qətiyyətlə qoruyub saxlayacaqdır.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"