19-02-2018 [09:05]
Milli Məclisin deputatı Siyavuş Novruzov Heydər Əliyevin 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə "Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı parlamentə müraciət edib.
Deputat qeyd edib ki, prezident İlham Əliyev bunu öz üzərinə götürsün və Milli Məclis bu haqda qanun layihəsi qəbul etsin.
S.Novruzov onu da əlavə edib ki, bütün siyasi məhbuslar azad olunsun və beynəlxalq təşkilatların narazılığına son qoyulsun: "Burada maddələrlə deyil, prinsip etibarı ilə əhatə dairəsi geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə şamil olunsun.
İkincisi, yaşı 60-dan yuxarı olan qadınlara tətbiq oluna bilər. Həmçinin, himayəsində azyaşlı uşaqları olanlar da bu aktdan bəhrələnə bilər.
Yaşı 70-dən yuxarı olan bütün kişlərə tətbiq oluna bilər. Radikal cərəyanlara qoşulmayan dindar şəxslər də bu aktdan bəhrələnə bilərlər. Müxtəlif müxalifət, radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb, bilmədən cinayət törədən gənclər var ki, onlara da tətbiq oluna bilər. Hesab edirəm ki, buna da biz nəzər salmalıyıq”.
Məsələ ilə bağlı Modern.az-a danışan Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, təmsil etdiyi qurum aramsız olaraq çalışır: "Komissiyaya müraciətlər daxil olmaqdadır. Onların hər biri ayrı-ayrılıqda incələnir, müzakirə edilir. Hələ ki, Novruz bayramı ərəfəsində ölkə prezidenti tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir. Bildiyiniz kimi, bu, cənab prezidentin müstəsna səlahiyyətlərinə aiddir. Bu sərəncamla bir çox ailələrin sevinəcəyi danılmazdır. İndiyədək Komissiya 3 dəfə toplanıb, qarşıdakı həftə növbəti toplantılar gözlənilir”.
Ə.Nuriyev qeyd edib ki, amnistiya aktının qəbul olunması ilə bağlı məsələ birbaşa parlamentin qərarından asılıdır:
"Bildiyim qədərilə, parlament də bu təklifi irəli sürüb. Hər halda möhtəşəm tədbirlərlə əlaqədar amnistiya aktının qəbul ediləcəyi istisna edilmir”
Əfv Məsələləri Komissiyasının digər üzvü Rəşad Məcid Modern.az-a bildirib ki, əfv sərəncamının verilməsi maya qədər uzana bilər: "Çünki müraciətlər çoxdur və hələ də gəlməkdə davam edir. Buna görə işlərin marta qədər yekunlaşacağı dəqiqləşməyib. Amma təbii ki, qərar prezident İlham Əliyevdən asılıdır”.
R. Məcid eyni zamanda qeyd edib ki, amnistiyanın aktının qəbul olunması parlamentin qərarından asılı olacaq: "Əgər belə bir təşəbbüs irəli sürülübsə, bizə də bu təşəbbüsdən irəli gələn məsələləri icra etmək düşür”.
Xatırladaq ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının ilk iclası yanvarın 30-da, ikinci iclası fevralın 2-də, 3-cü iclası fevralın 8-də keçirilib.
Qeyd edək ki, müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək