Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevin məclisdəki fəaliyyətinə xitam verdi - KXCP-də yeni qalmaqal

img

18-02-2018 [19:17]


Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin 17 fevral toplantısında Oqtay Gülalıyevin məclisdəki fəaliyyətinə xitam verilib.

O.Gülalıyevin özü iclasa qatıla bilməyib. Bildirilir ki, Oqtay Gülalıyevin məclis üzvlüyündən çıxarılması təklifini sədr Mirmahmud Mirəlioğlu verib. Onun fikrincə, O.Gülalıyev destruktiv fəaliyyətlə məşğuldur.

Partiya sədri Mirmahmud Mirəlioğlu Oqtay Gülalıyevin məclis üzvlüyündən çıxarılmadığını, məclisdəki fəaliyyət səlahiyyətlərinə xitam verildiyini bildirib:"Nizamnaməni pozduğuna görə fəaliyyət səlahiyyətlərinə xitam verilib. Sadəcə, iclasda iştirak etmədiyinə görə biz onun səlahiyyətlərinə xitam verdik, çıxarıla da bilərdi. Bundan sonra, o, bu cür fəaliyyətlə məclisə bərpa oluna bilməz, təşkilatdaxili məsələdir, qeyri-adi bir şey yoxdur”.

Oqtay Gülalıyev isə qərardan təəssüfləndiyini və partiyanın müvafiq strukturlarına şikayət edəcəyini bildirib:

"Əslində, təklifi sədr özü verib və bu, nizamnamə pozuntusudur. Ən əsası üzrlü səbəbdən iştirakım olmadan mənim məsələm qoyulub və qərar qəbul edilib. Mən KXCP-də vəzifə üçün olmamışam, vaxtilə sədrin müavini və İdarə Heyətinin üzvü idim, məqsədim də partiyanın güclənməsidir. Qərar mənim siyasi və ictimai fəaliyyətimlə əlaqədardır. Çox qəribədir ki, deputat Çingiz Qənizadə də haqqımda ölçü götürüməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib”.

meydan.tv

Digər xəbərlər
SON XƏBƏRLƏR