"Xəbəri məni olduqca kədərləndirdi..." - İlham Əliyev

img

18-02-2018 [16:30]


Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə bu gün 66 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Ölkənizdə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR