Məşhur fəaldan şok iddia: "Mənə Həccdə təcavüz edildi" + VİDEO

img

18-02-2018 [15:12]


Təcavüzə məruz qalan qadınların sosial şəbəkələrdə başlatdığı #MeToo hərəkatına müsəlman qadınlar da qoşulub.

Axar.az xəbər verir ki, qadınlar başlarına gələn zorakılıq aktlarını #MosqueMeToo etiketiylə sosial şəbəkələrdə paylaşmağa başlayıblar. Bu paylaşımlarda onlar daha çox həcc ziyarəti və İslam üçün müqəddəs olan digər məkanlarda başlarına gələnləri anladıblar.

Pakistanda yaşayan bir qadının həcc ziyarəti zamanı başına gələnləri Feysbukda danışmasından sonra bu etiketin yaradılmasına təşəbbüs göstərilib. Qadın sonradan anlatdıqları ucbatından ailəsindən təyziqlər gördüyü üçün Feysbuk hesabını qapadıb.

Etiket isə sosial şəbəkələrdə misirli fəal Mona Eltahavi tərəfindən yaradılıb:

"1982-ci ildə həccdə təcavüzə məruz qaldım. Heç kimə anlada bilmədim. Yaşadıqlarımı başqalarına anlatmağım lazımdır”.




Digər xəbərlər
SON XƏBƏRLƏR