"Onlara Osmanlı qapazı vurduq, əgər hansısa ölkə bizə qarşı savaş açarsa..." - Baş nazir Avropaya mesaj verdi

img

17-02-2018 [16:53]


Almaniyada səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Münhen Təhlükəsizlik Konfransına qatılıb. 

Mia.az xəbər verir ki, o, konfransda Afrin əməliyyatına toxunub. Bildirib ki, Suriyada savaş yoxdur və Türkiyə heç bir ölkə ilə müharibə aparmır: "Suriyada Türkiyə sadəcə terrorla mübarizə aparır. Bunu da tək Türkiyə aparmır. 62 koalisyon ölkəsi, o cümlədən Rusiya, İran və Türkiyə bu savaşda var".

Binəli Yıldırım bəyan edib ki, əgər hansısa bir ölkə Türkiyəyə düşmənlik edib, müharibəyə cəhd edərsə, bunu da cavabsız buraxmazlar: "Təbii ki, belə hərəkətə qarşı sakit durmarıq. Lakin bunu heç vaxt istəmərik".

Baş nazir deyib ki, Türkiyə terror qruplarına güclü zərbə vurub: "Biz teror qruplarına Osmanlı qapazı vurduq. PKK-nın belini qırdıq. Amma qarşımıza başqa bir adla (YPG/PYD-ni nəzərdə tutur- Mia.az) adları ilə çıxdılar. Lakin özbaşına çıxmadılar. Təəssüf ki, ABŞ, Rusiya və başqa ölkələrin silahlarını qanunsuz yollardan, ya da birbaşa alaraq, insanlara qarşı istifadə ediblər. Siz bilirsinizmi Suriyadakı terror qruplarına internet üzərindən silahlar satılır? Bəli, bu, var. Ona görə soruşuram: bu, necə terrorla mübarizədir?! Bunun cavabını biriləri çıxıb verməlidir".

Yıldırım Afrin əməliyyatı haqda da danınıb və bildirib ki, Türkiyənin məqsədi oranı terrordan təmizləmək və Suriyalıların öz evlərinə rahat dönmələridir.

Onu da qeyd edək ki, Binəli Yıldırım Almaniyada Avropa Birliyinin komissiya sədri Junker və Fransanın baş naziri ilə də görüşərək, müzakirələr aparıb. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR