ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide “Cinayət Məcəlləsi” arasındakı rüşvət - mia.az
Şriftin ölçüsü / 950 dəfə oxunub

“Cinayət Məcəlləsi” arasındakı rüşvət

17 Fevral 2018 [16:30]
Zaur ƏHMƏD

Bizim camaat xüsusi istedada malikdir. Hara getsə, hansı şəraitə düşsə, ora uyğunlaşacaq. Xüsusən də pul qazanmağın və onu xərcləməyin də yollarını yaxşı bilirlər. Sadəcə, bu camaata bir balaca işıq yeri lazımdır. "Daşdan pul çıxaran adam”,- deyimi elə-belə ortaya çıxmayıb. Düzdür, dərin elmi yaradıcılığa söykənən kəşflərimiz çox olmasa da, pul qazanmaq üçün müxtəlif sahələrdə "yeniliklər” eləməyi bacarmışıq.

Məlum olduğu kimi, Azərbaycandan çörəkpulu üçün Rusiyaya gedənlərimiz çoxdur. Bu saat bu ölkədə milyarderindən tutmuş, bazarda kalqotka-corab satana qədər nümayəndəmiz var. Kim nə deyir, desin, orada uğur qazanan həmyerlilərimiz istedadlarına, bacarıqlarına, unikal yanaşmalarına görə önə çıxa biliblər. Hətta "oğru aləmi”nin ən yüksək pillələrinə qədər qalxmağı bacaran azərbaycanlı avtoritet, "qanuni oğru”lar belə öz dəsti-xətti ilə seçiliblər. Bir sözlə, qərib yerdə "qabağa getmək” elə də asan deyil. Amma bizimkilər vəziyyətdən çıxmaq üçün bir yol tapırlar. Bəzən azərbaycanlıların bu unikal istedadları başlarına bəla da olur.

Dünən Rusiyada bu kuryoz hadisələrdən biri baş verib. Hadisə o qədər maraqlı və tragikomik olub ki, Rusiya mediası həmyerlimizdən yazıb.

Belə ki, Rusiyanın Omsk vilayətinin Çerlak Rayon Polis İdarəsində maraqlı hadisə baş verib. Polis Azərbaycan vətəndaşını idarəyə gətirərək onun sənədlərini yoxlamaq istəyib. Bu vaxt azərbaycanlı sərbəst buraxılması üçün polisə 10000 rubl (təxminən 300 manat) pul təklif edib. Amma ona xəbərdarlıq edilib ki, rüşvətvermə Rusiya qanunları ilə cinayətdir. Həmyerlimiz isə deyilənləri başqa cür anlayıb. Polisin stolunun üstündəki Rusiya Federasiyası Cinayət Məcəlləsini götürüb, pulu onun içinə qoyaraq polisə uzadıb. Hazırda onun haqqında cinayət işi qaldırılıb.

Bəlkə də həmin polis əməkdaşı indiyə kimi saysız-hesabsız sayda rüşvət alıb. Belə olmasaydı, həmyerlimiz ona rüşvət təklif eləməzdi. Rusiya polisinin bizmkilərdən vaxtaşırı pul alması adi haldır. Ona görə də soydaşımız Çerlak polisinin onu qandallayacağını güman etməyib. Amma unudub ki, rus polisi rüşvətxor olduğu qədər də, qanunpərəst ola bilər. Çünki rüşvət verən də, alan da qanun qarşısında cinayət törətdiyini unutmuş olur. Qanun qorxusu unudulanda isə cinayət baş verir. Nə yazıq ki, həmyerlimizin budəfəki "unikal” addımı rus polisini ayıltdı. Rüşvəti Rusiya Federasiyası Cinayət Məcəlləsinin arasında görən Çerlak polisi qanunu xatırlayır və pula yox, qandala əl atır.




Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR