Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı - Görüş

img

17-02-2018 [13:41]


 London şəhərində Azərbaycan və Böyük Britaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, tədbirdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, eləcə də regional təhlükəsizlik və digər maraq doğuran məsələlər müzakirə olunub.

Danışıqların yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Birləşmiş Krallığın Müdafiə Nazirliyi arasında 2018/2019-cu maliyyə ili üçün hərbi əməkdaşlıq Planı” imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR