PYD/YPG Əsədə üz tutdu, "Ordunu Afrinə göndərin" köməyi istədi, lakin elə cavab aldı ki...

img

16-02-2018 [21:23]


Afrinin Cinderes bölgəsində xeyli PYD/YPG terrorçusunun meyitləri ortada qalıb. Bir yandan da Türk savaş təyyarələri şərqdəki  Bafelyun dağı ilə qərb cəbhəsindəki Cinderes və Şeyx Xadid bölgələrindəki terror mövqelərinə bomba yağdırır. Belə bir vəziyyətdə PYD/YPG Suriya prezidenti Bəşər Əsəddən rəsmən kömək istəyib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, dünən böyük itkilər verərərk ciddi psixoloji məğlubiyyətə də uğrayan PYD/YPG terrorçularının komandanlığı Əsədə müraciət edib. 

Müraciətdə rejimin Afrinə ordu göndərərək, buranın qorunması istənilib: "Biz Suriya ordusunun Afrinə daxil olub, buranı qorumasından məmuniyyət duyarıq".

Məlumata görə, Suriya rejimi müraciətə dərhal cavab verib. 

Rusiyanın ərəbcə yayınlanan "Russıa Today" portlalının Suriya müxbiri isə xəbər verir ki, bu gün tərəflər arasında baş tutan ilk görüş  masaya oturmamış bitib: "Rəsmi Şam görüşdən əvvəl bir neçə maddədən ibarət şərt hazırlayıb. Bu şərtin başında isə silahların təhvil verilməsi durur. Lakin görüş başlayar-başlamaz YPG/PYD nümayəndələri əsla silahları təhvil verməyəcəklərini deyiblər. Bundan sonra tərəflər masadan qalxaraq, digər maddələri müzakirə etmədən ayrılıblar".

Anlaşma baş tutmadıqdan sonra Əsəd rejimindən ilk açıqlama gəlib. Bildirilib ki, PYD/YPG-nin "silahlarımızı heç vaxt təhvil verməyəcəyik" dirənişi "bardağə daşıran son damladır".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR