ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer "...onların “qara siyahısı”nda nə qədər “dustaq” var?" - Deputat yazır - mia.az
Şriftin ölçüsü / 343 dəfə oxunub

"...onların “qara siyahısı”nda nə qədər “dustaq” var?" - Deputat yazır

16 Fevral 2018 [10:38]
Zahid ORUC, Millət vəkili

***

Seçki ilində amnistiya və əfv qərarı xüsusi əhəmiyyətə malik olduğundan bütün nəzərlər hakimiyyətə dikilir. 

Əlbəttə, bağışlamaq ilahi xüsusiyyətdir və dövlətin birinci şəxsinin humanizminə bəslənən ümidlər də köklü hüquqi-mənəvi əsaslara malikdir.Yəni, insanlara etdikləri cinayətlərə görə azadlığa dönüş şansını verməklə də onları islah yoluna çıxara bilərsən. Lakin bütün dünyada olduğu kimi,azərbaycanlıların da həyatının ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələrdə hər gün yaşanan virtual killerlik və ya qiyabi qətllər də eyni zamanda, bizi dərindən narahat etməlidir.

"Facebook"un simvolu olan şəbəkələşmə və sərhədsiz əlaqələr nə qədər gerçəkdirsə, bir o qədər də "qara siyahılar”a düşən adamların sayı sürətlə artmaqdadır.

Yəqin, siz hər gün aparılan diskussiyalar zamanı çox kiçik mübahisələrdən sonra kimlərinsə növbəti rəqibini və barışmaz tənqidçisini necə böyük rəşadətlə "blok”a atdığı barəsindəki qələbə raportu ilə tez-tez rastlaşırsız. 

Gördüyünüz kimi, Markın divarı təkcə dostlara deyil, eləcə də çox asanlıqla düşmənə çevirə bilir. Sabah heç kim tərəddüd etmədən qonşusunu da virtual aləmdə deyil, reallıqda "qara siyahı”ya daxil edəcəkdir. Halbuki ucqar sovet kəndində iki adam küsülü olanda onu hamı bilirdi və hər kəs çalışırdı ki, ortada barışıq olsun. Deməli, sosial şəbəkələr istənilən cəmiyyətdə mənəvi-sosial durumu və ictimai psixologiyanı müəyyənləşdirməyin ən etibarlı barometrlərindən biri sayıla bilər.

Hakimiyyətə yüklənib məhbusları bağışlamağa səsləyən siyasətçilərdən soruşa bilərsizmi, onların "qara siyahısı”nda nə qədər "dustaq” var? 

Yəqin, heç bir ictimai kampaniya və təzyiq üsulu onları bütün arxivlərini açmağa vadar edə bilməyəcək. Elə bilin,Yejovun idarəsində yatanların sayını dəqiqləşdirməyə çalışırsız. Zəif ümidlə də olsa, partiya başçılarının "şəxsi qazamat”larında nə qədər adamın olduğunu müəyyənləşdirmək gərəkdir və onların əfv hazırlığını sınağa çəkmək vətəndaş həmrəyliyi kampaniyasının tərkib hissədir.

Əlbəttə, verilən cavablar kimin nə qədər "demokrat” olduğunu üzə çıxaracaq. Hərəsinin bir damla dözüm limiti var, amma Avraam Linkoln kimi milyonlarla qulu köləlikdən azad etmiş kimi davranırlar..

Ərdoğan demiş, ey virtual camiyədə kazarma qurmuş siyasətçilər, blokladığınız adamları bağışlamağa hazırsınızmı?!

Amma yeri gəlmişkən, bloklaşmaq, koalisiya qurmaq və ya bir blokda yaşamaq kimi müqəddəs bir söz görün, necə məna təhrifinə məruz qalıb..

Markın divarından həbsxana tikilməsinə imkan verməyin!


Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR