Şriftin ölçüsü / 174 dəfə oxunub

Röyanın Aygünlə bağlı iddiası məhkəmə baxışına verilib

15 Fevral 2018 [12:24]

Bu gün Səbail rayon Məhkəməsində müğənni Röya Ayxanın həmkarı Aygün Bəylərə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zaur Əliyevin icraatında olan prosesdə A.Bəylər və nümayəndəsi məhkəməyə gəlməyib. A.Bəylərin "ARB” telekanalında R.Ayxanla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsi tələb edilib.

R.Ayxanın iddiası məhkəmə baxışına verilib. Proses fevralın 19-da davam etdiriləcək.

Qeyd edək ki, A.Bəylər ARB-də yayımlanan "Səhər-səhər” verilişində R. Ayxanın sənətinin olmadığını bildirib:

"Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdu. Elə 80 faizi o gündədir. Mən sənətkaram. Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən".



SON XƏBƏRLƏR