Röya Ayxanla Aygün Bəylərin davası - Müğənnilər prosesə gəlməyib

15-02-2018 [12:15]
Əməkdar artist Röya Ayxan həmkarı, digər əməkdar artist Aygün Bəylərə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində baş tutan prosesdə Aygün Bəylər və Röya Ayxanın növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub.

Daha sonra məhkəmə iclası baxışa verilib.

Məhkəmənin baxış iclası fevralın 19-na təyin edilib.

Qeyd edək ki, Aygün Bəylər ARB televiziyasında Röya Ayxanın şərəf və ləyaqətini təhqir edib. Röya Ayxan iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edib.

O, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməyi tələb edib.

Aygün Bəylər ARB televiziyasının "Səhər-səhər” verilişində Röya Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.


SON XƏBƏRLƏR