AFFA-nın mərhum prezidentinin oğlu faciəli şəkildə ölüb

img

15-02-2018 [11:13]


Sabirabad rayonundaavtomobil qəzasında dünyasını dəyişən Anar MirzəyevAFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğludur.

Mia.az xəbər verir ki, bu barədə "Report"a Tovuzun "Turan" klubunun sabiq prezidenti Vidadi Əhmədov məlumat verib. V.Əhmədovun sözlərinə görə, mərhum bu gün Tovuzun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Anar Mirzəyev 30 oktyabr 2007-ci ildə dünyasını dəyişmiş Ramiz Mirzəyevin yeganə oğlu idi. A.Mirzəyev ailəlidir.


*** 

Sabirabad rayonunun Həşimxanlı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub. Məlumata əsasən, "Jeep” markalı minik avtomobili su kanalına aşıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR