Şriftin ölçüsü / 443 dəfə oxunub

Zərnigar Ağakişiyeva azı 3 gün əvvəl vəfat edib - Ekspertiza rəyi

09 Fevral 2018 [12:17]

Eskpertizanın ilkin rəyinə əsasən, xalq artisti Zərnigar Ağakişiyeva fevralın 8-də yox, azı 2-3 gün əvvəl dünyasını dəyişib.

Bu barədə "Report”a Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məlumat verib.

Onun sözlərinə görə, hazırda mərhumun meyitinin müayinəsi davam etdirilir, ölümün dəqiq səbəbləri araşdırılır.

Qeyd edək ki, 72 yaşlı Zərnigar Ağakişiyevanın meyiti ötən gün axşam saatlarında Yasamal rayonunda tənha yaşadığı evdə tapılıb.



SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...