Nazirlik Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı məlumat yaydı: "Meyiti aidiyyəti üzrə təhvil verilib..."

img

09-02-2018 [00:51]


Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı məlumat yayıb.

Bildirilir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1945-ci il təvəllüdlü Ağakişiyeva Zərnigar Fəti qızının meyitin aşkar ediblər. Z.Ağakişiyevanın meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb", – deyə məlumatda qeyd olunur/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR