ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK MTRŞ bu radioya ciddi xəbərdarlıq etdi - mia.az
Şriftin ölçüsü / 372 dəfə oxunub

MTRŞ bu radioya ciddi xəbərdarlıq etdi

08 Fevral 2018 [11:13]
"Milli Televiziya və Radio Şurasının (MTRŞ) apardığı monitorinqlər göstərir ki, "Avto FM” (107.7) radiosu ixtisaslaşmış radio yayımçısı kimi yayım konsepsiyasına uyğun olmayan formada fəaliyyət göstərir.

Bu radio əslində yol-nəqliyyat məsələləri ilə bağlı maarifləndirici-informativ proqramlar yayımlamalıdır. Çox təəssüf ki, radionun efirində bu səpkili heç bir verilişə rast gəlinmir”.

Mia.az xəbər verir ki, bunu APA-ya MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri bildirib ki, ümumilikdə radionun proqram səbəti olduqca kasaddır: "Radio əsasən xarici musiqilərin səsləndirilməsi ilə məşğuldur. Lisenziya "Avto FM” radiosuna bu cür fəaliyyət üçün verilməyib. Radio yayımını belə davam etdirəcəksə, onun mövcudluğuna ehtiyac qalmayacaq. Çünki bu radio fəaliyyətə başlamazdan əvvəl efirində əyləncəli verilişlər verən, musiqi yayımlayan kifayət qədər radio var idi. "Avto FM” radiosunun yaradılma məqsədi, fəlsəfəsi tamam başqadır. Yayımçı bunu mütləq nəzərə almalıdır”.

T. Dadaşov qeyd edib ki, bu barədə Şura sədri Nuşirəvan Məhərrəmli tərəfindən "Avto FM”ə şifahi şəkildə ciddi xəbərdarlıq edilib: "Kanala bildirilib ki, qısa müddət ərzində fəaliyyətində ciddi dönüş müşahidə edilməsə, müvafiq tədbirlər görülə bilər. Hazırda radionun fəaliyyəti monitorinq nəzarətindədir”.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR