06-02-2018 [17:21]
"Demokratiyanı Öyrənmə" İctimai Birliyi yerli vətəndaş cəmiyyəti təşkilatları üçün seçkilərdə iştirak bacarıqlarının artırılması üzrə təlimləri başa vurub. 29-31 yanvar 2018-ci il tarixlərində Bakıda 20-yə yaxın QHT təmsilçisinin iştirakı ilə keçirilmiş tədbir İctimai Birliyin Avropa Komissiyasının dəstəyilə icra etdiyi "Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaş iştirakçılığı” adlı layihə çərçivəsində baş tutub.
Ölkənin 10 regionundan cəlb edilmiş yerli VC fəalları seçicilərin maarifləndirilməsi proqramlarının xüsusiyyətləri, Azərbaycanın seçki qanunvericiliyi, seçici fəallığının artırılması üzrə müsbət təcrübələr və s. məsələlərlə bağlı bilik və bacarıqlarını artırıblar.
Seçkilər, vətəndaş iştirakçılığının artırılması sahələrində çalışan ekspertlər tərəfindən seçki qanunvericiliyi üzrə təklif edilən dəyişiklik tövsiyyələri və onların icra vəziyyəti, seçki prosesinin ayrı-ayrı iştirakçıları – xüsusilə seçicilər, seçki komissiyaları, müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı təqdimatlar edilib.
Təlim sessiyalarında seçkilərin demokratiyada rolu və vətəndaşların seçkilərdə iştirakının əhəmiyyəti kimi məsələlər xüsusilə diqqət mərkəzində saxlanılıb. Hədəf qrupların seçkilər mövzusunda həssaslığının artırılması və onların gələcək seçkilərdə iştirak aktivliyini artırmaq üçün zəruri olan bilik, bacarıq və təcrübələrlə, həmçinin onların çatdırılması üsulları ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, ölkənin 10 regionunu əhatə edən layihənin əsas hədəf qrupları seçki məsələləri ilə bağlı informasiya, bacarıq və məsləhətlərə ehtiyacı olan sosial kəsimlər, xüsusilə gənclər, qadınlar, fiziki qüsurlu şəxslər və s. qruplardır.
Təlim iştirakçıları həm də layihə çərçivəsində hazırlanacaq regional seçki iştirakçılığı ilə bağlı strateji baxış sənədi ilə tanış edilib. Onlar bu təlimdə əldə etdikləri bilikləri digər hədəf qruplarına ötürməklə həmin strategiyaların həyata keçirilməsinə də öz töhfələrini verəcəklər. Bu məqsədlə regionlarda seminarlar, kiçik qrup müzakirələri, yarışlar, maarifləndirici materialların paylanması, sosial şəbəkə fəaliyyətləri və s. kimi üsullardan istifadə edilməsi nəzərdə tutulur.
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib