İlham Əliyev hamısını mat vəziyyətdə salıb - BAXCP funksionerindən reaksiya

img

06-02-2018 [15:54]


"Son 25 ildə bir daha təsdiq olundu ki, Əli Kərimlinin çətin vəziyyətlərdə qərar qəbul etmək imkanları yoxdur. Konkret olaraq, Əli Kərimli bir daha özünün son dərəcə qorxaq, zəif xarakterə malik olduğunu təsdiq etdi. "Növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncam onların hamsını mat vəziyyətə salıb”.

Bunu Avrasiya.net-ə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.

BAXCP rəsmisinin sözlərinə görə, onlar iki gündür nə danışdıqlarını belə düşünə bilmirlər: "Axı Əli Kərimli gözləyirdi ki, oktyabrda keçiriləcək prezident seçkilərində beynəlxalq təşkilatların mövqe, münasibəti necə olacaq? Heç kimin gözləmədiyi halda və yaxud da bütün imkanları oktyabra hesabladığı halda hər kəsi mat vəziyyətinə sala biləcək qərar ola bilər. İndi Kərimli özünü itirib. Arqument tapıb deyə bilmir. Ağzına və ağlına gələni danışır. Bir nəfər bundan soruşsun ki, nə nağıldır danışırsan? Bütün günü sosial şəbəkələrdə asırdın, kəsirdin və hakimiyyəti götürəcək yeganə qüvvə olduğunu deyirdin. İndi hara aradan çıxırsan?! İndi gördüz ki, uzun illərdi mənim Əli Kərimli haqqında dediklərim tam bir həqiqətdir! Bu adamın xarakterindən irəli gəlir. Cəsarəti çatıb İlham Əliyevə rəqib ola bilmir! 25 ildir ki, Əli Kərimli prezidentliyə namizəd olmaqdan imtina edir. İndi də özünü gülünc vəziyyətə salır.

Bu gün hamı "facebook” sosial şəbəkəsində Əli Kərimliyə gülür və mənə yazırlar ki, sizin dedikləriniz öz təsdiqini tapdı. Hamı da bilir ki, Kərimlinin mitinqinə İran molla rejiminin əlaltıları ilə birlikdə 1000-2000 nəfərdən artıq şəxs iştirak etmir. Hakmiyyətin də 2000 nəfərlik mitinqdən qorxub deməsi, ancaq və ancaq gülüş doğurur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR