06-02-2018 [15:16]
Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təşəbbüsü ilə "Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi”nin ("Hesablama Palatası haqqında” qanun layihəsi) ictimai müzakirəsi keçirilib. Hesablama Palatası ilə birgə keçirilən tədbirdə Palatanın nümayəndələri, millət vəkilləri, Platforma üzvü QHT-lər, müstəqil ekspertlər, Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Giriş nitqində Platformanın əlaqələndiricisi Əliməmməd Nuriyev "Hesablama Palatası haqqında” qanun layihəsinin beynəlxalq audit standartlarının, Ali Audit QurumlarınınBeynəlxalq Təşkilatının (INTOSAI) tələbləri nəzərə alınmaqla hazırlandığını qeyd edib.
Bildirib ki, bu qanun layihəsi əvvəlkindən əhatə dairəsinə görə fərqlənir. Yeni qanun layihəsi Hesablama Palatasının həyata keçirdiyi auditin forması ilə bağlı yeniliklər də gətirib: "Nəzərə alsaq ki, büdcə vəsiatlərindən səmərəli istifadə olunması hər birimiz çox vacibdir, deyə bilərik ki, "Hesablama Palatası haqqında” qanun layihəsi hər bir vətəndaşın marağına xidmət edir”.
Hesablama Palatasının auditoru Firsənd Qurbanov diqqətə çatdırıb ki, ictimai müzakirədə səslənən faydalı fikirlər Palatanın fəaliyyətində nəzərə alınacaq:"Zaman dəyişir, dövlət büdcəsinin xərclərinə münasibət dəyişir, hər bir xərc mütləq nəzarətdə olmalıdır. Bugünkü müzakirə Hesablama Palatası üçün faydalı olacaq. İctimai müzakirədə səslənən hər bir faydalı fikirdən qanun layihəsində və ya öz fəaliyyətimizdə bu və ya digər formada istifadə edəcəyik”.
Hesablama Palatasının hüquq və kadr məsələləri şöbəsinin müdiri Nəsir Sadıqov ""Hesablama Palatası haqqında” yeni qanun layihəsi” mövzusunda təqdimatla çıxış edib.Qeyd edib ki, yeni layihə ilə Hesablama Palatasının statusu və kənar dövlət maliyyə nəzarəti konkret müəyyən olunub, nəzarət tədbirləri ilə bağlı məlumatların əldə edilməsi və məlumatlara çıxış imkanları genişləndirilib, auditlərin mandatı və spesifikası müəyyənləşdirilib: "Hesablama Palatasının üzvləri ilə bağlı yeni tələblər müəyyən olunub. Xüsusən "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, beynəlxalq prinsiplər, xarici ölkələrin təcrübələrinin öyrənilməsi geniş şəkildə qanun layihəsində əksini tapıb. Kadr potensialının gücləndirilməsi Hesablama Palatasının fəaliyyətinin əsas istiqamətlərindən biridir. Kadr potensialının genişləndirilməsi üçün xüsusi təlim mərkəzinin yaradılması nəzərdə tutulur”.
Platforma üzvü Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov "Səmərəli kənar nəzarət hansı qanunvericilik mühitini tələb edir?” mövzusunda təqdimatla çıxış edib. S.Bağırov Ali Audit QurumlarınınBeynəlxalq Təşkilatı (INTOSAI) standartları, "Auditin Rəhbər Prinsiplərinin Lima Bəyannaməsi”ndə əks olunan məsələlər, beynəlxalq təcrübədə ali audit qurumlarının fəaliyyəti barədə məlumat verib. S.Bağırov tövisyyələri də təqdim edib. Tövsiyyələrdə Hesablama Palatasının statusu, səlahiyyət çərçivəsi, Palatanın fəaliyyətinin maliyyələşməsi, üzvlərinin təminatları məsələləri əks olunub.
Təqdimatlardan sonra millət vəkilləri Vahid Əhmədov və Aydın Hüseynov qanun layihəsi ilə bağlı fikirlərini bölüşüblər. Müzakirələr zamanı Platforma üzvləri, İqtisad Universitteninin alimləri, müstəqil ekspertlər qanunun ayrı-ayrı maddələri ilə bağlı fikirlərini açıqlayıblar. Dövlət qurumlarınınperformansauditi, dövlət orqanlarının maliyyə performansı audtinin keçirilməsi, audit fəaliyyətinin əhatə dairəsi, səmərəliliyi ilə bağlı məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Diskusiyalardan sonra Hesablama Platası nümayəndələri səslənən sualları cavablandırıblar və tövsiyyələrə münasibət bildiriblər.
Müzakirələrin sonunda Ə.Nuriyev qeyd edib ki, səslənən təkliflər ümumiləşdiriləcək və Platforma tərəfindən Hesabalam Platasına təqdim olunacaq.
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR