BMU-nun rektoru Rumıniyada işgüzar səfərdə olub

img

05-02-2018 [16:03]


1 – 3 fevral da Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Azər Imanquliyev Rumıniyada işgüzar səfərdə olublar. Səfəri Buxarest Politexnik Universitetinin rektoru Mihnea Costoiu-nun dəvəti ilə həyata keçirilib. Səfərdə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə çərçivəsində müəllim tələbə mübadiləsi birgə layihəĺərin icrası, elmi konfransların təşkili, ikili diplomların təsis edilməsi , müştərək magistr və doktorantura hazırlığı kimi fəaliyyətlər nəzərdə tutulmuşdur.

Müqavilədə BPU ilə birgə sahibkaryönümlü universitet modeli mövzusunda beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulmuşdur.
Səfər zamanı nümayəmdə heyyəti BPU elmi tədqiqat və tədris laboratoriyaları ilə tanış olublar.

Daha sonra boloniya prosesinə uyğun tədris prosesinin təşkili universitetdə aparılan işlərlə maraqlanılıb və fakultələrdə birgə fikir mübadiləsi aparılmışdır. Bu səfərin mahiyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəvəti ilə ölkəmizdə geniş tərkibdə olan Rumıniya nümayəndə heyyəti arasında razılaşdırılmış əməkdaşlığın tərkib hissəsidir.
Səfər zamanı BMU nümayəndə heyyəti Heydər Əliyev parkını ziyarət etmiş, ulu öndərin büstü önünə əklil qoymusdur.



Digər xəbərlər
SON XƏBƏRLƏR