Prezident ƏSA Teatrının aktrisasını mükafatlandırdı: "...çox xoşbəxtəm"

img

03-02-2018 [16:06]


Ötən gün Prezident İlham Əliyev 2018-ci Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. 

Mia.az xəbər verir ki, mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 gəncə 2018-ci il Gənclər üçün Prezident mükafatları verilib. 

Onlardan biri də ƏSA Teatrının aktrisası Gülnar Əlfidatlıdır. G. Əlfidatlı ƏSA Teatrında göstərdiyi fəaliyyətdən dolayı bu mükafata layiq görülüb.

Qeyd edək ki, Gülnar Əlfidatlı ölkəmizin əlillliyi olan aktyorlardan ibarət olan ilk və tək inklüziv ƏSA Teatrında 2017-ci ilin mart ayından etibarən fəaliyyətə başlayaraq, mədəniyyət sahəsində ilk addımlarını atmağa başlamışdır. 

Anadangəlmə fiziki məhdudiyyəti olan (sol tərəfli hemo pariz) Gülnar, Prezident Mükafatı almasıyla bağlı bunları deyib: "ƏSA-ya gələndən sonra həyatım çox dəyişdi. Burada olduğum üçün və bu teatrın heyətini tanıdığım üçün çox xoşbəxtəm. Yaxşı ki, ƏSA-nı tanıdım. Çox şanslıyam ki, bu teatr qapılarını mənə açdı. Bu mükafatdan sonra həyata çox bağlandım və insanlara, insanlığa güvənim artdı. Çalışacağam ki, məndə mənə göstərilən etimadı doğruldum. Hər zaman gənclərin yanında olan cənab İlham Əliyevə sonsuz təşəkkülərimi bildirirəm”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR