Amaşovun adından saxta vəsiqə payladılar - Açıqlama

img

03-02-2018 [11:57]


Mətbuat Şurasının sədri Əflatun Amaşovun adından saxta vəsiqələr hazırlanıb. 

Bu barədə Şuranın üzvü Əvəz Rüstəmov sosial şəbəkədə məlumat paylaşıb. Vəsiqələrdə qaynar-xett.az saytının əməkdaşları kimi Fəxrəddin Rzayevin, Zərifə Mirzəyevanın adları qeyd olunub. 

Bundan əlavə MŞ sədrinin adından da vəsiqələrə saxta imza atılıb. Bu məsələyə görə həmin sənədi düzəldənlərin qanun qarşısında cavab verəcəkləri bildirilib.

Məsələ ilə bağlı Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az-a açıqlama verib. Mətbuat Şurasının sədri deyib ki, saxta sənəd hazırlayan şəxslər hüquqi məsuliyyət daşımalıdır ki, belə hallar yenidən təkrarlanmasın. 

"Mətbuat Şurası belə halların qarşısının alınması üçün müvafiq addımlar atacaq. Biz ilk növbədə cəmiyyətə açıqladıq ki, belə hallar var. Kimlərsə bu cür hallarla qarşışalarsa, bilsinlər ki, həmin sənədlər saxtadır. Burada məqsəd onlara qarşı mübarizə aparmaqdır”.



Digər xəbərlər
SON XƏBƏRLƏR