Prezident sənətkarlarla bağlı sərəncam verdi

02-02-2018 [18:24]

Prezident İlham Əliyev Rafiq Əzimovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Rafiq Əşrəf oğlu Əzimov "Şöhrət” ordeni ilə təltif edilsin.

***

Prezident İlham Əliyev Kamil Cəlilovun "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

O, Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə təltif edilib.

**** 
Prezident İlham Əliyev Əlövsət Ağalarova "Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

O, Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ada layiq görülüb.


SON XƏBƏRLƏR