Avtomobil Yolları Dövlət Agentliyinin işçisi faciəli şəkildə ölüb

img

02-02-2018 [18:14]


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəli şəkildə ölüb.

Mia.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib. Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu "Shacman” markalı yük maşınının altında qalıb. Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR