Rusiya MSK Putinin mətbuat katibinə irad bildirib

img

02-02-2018 [13:35]


Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova irad bildirib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, E. Pamfilova bildirib ki, prezidentliyə namizədlərdən birinin xeyrinə olan təşviqat elementlərinin yer aldığı bəyanatlar yolverilməzdir.

"Yanvarın 29-da Peskovun prezidentliyə namizədlərdən birinin qiymətləndirməsi ilə bağlı açıqlaması yayılıb. Orada təşviqat əlamətləri var idi”, - deyə o vurğulayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR