XİN həmsədrlərin səfəri barədə məlumat yaydı

img

02-02-2018 [11:52]


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri barədə məlumat yayıb.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, həmsədrlərin Azərbaycana fevralın 6-da gəlmələri, fevralın 7-də isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.

Səfərin məqsədi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə isə həmsədrlər Azərbaycana fevralın 3-dən gəlməyə başlayacaq. Amerikalı həmsədr Endryü Şofer həmin gün axşam Azərbaycana gələcək.

Həmin günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsi gözlənilir. Monitorinqdə Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcək.

Monitorinqdən sonra isə həmsədrlər A. Kaspşikin də iştirakı ilə Bakıda Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR