Əbülfəs Qarayevdən yeni təyinat

01-02-2018 [19:10]

Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan "Mədəniyyət” qəzetinin baş redaktoru vəzifəsinə yeni təyinat olub. 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 31 yanvar 2018-ci il tarixli əmri ilə Vüqar Mükafat oğlu Əliyev  "Mədəniyyət” qəzetinin baş redaktoru təyin edilib.

Fevralın 1-də Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov və şöbənin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətovun iştirakı ilə yeni baş redaktor qəzetin kollektivinə təqdim edilib.

Qeyd edək ki, Vüqar Əliyev 1993-cü ildən mətbuat sahəsində fəaliyyət göstərir, müxtəlif qəzetlərdə müxbir, icmalçı, şöbə müdiri işləyib. 2010-cu ildən "Mədəniyyət” qəzetinin redaktoru vəzifəsində çalışıb.



SON XƏBƏRLƏR