Prezident İbrahimbəyovla bağlı sərəncam verdi - "Yaradıcılıq Mərkəzi” təsis ediləcək

01-02-2018 [18:23]
Bu gün Prezident İlham Əliyev "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, çoxəsrlik ənənələri olan Azərbaycan mədəniyyətinin inkişafına dəyərli töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsini əbədiləşdirmək məqsədi ilə belə qərar verilib:

1. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi və fəaliyyətinin təmin olunması üçün "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə dövlət büdcəsindən əlavə 220 000 (iki yüz iyirmi min) manat vəsait ayrılsın.

2. "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi”nin təsis edilməsi ilə əlaqədar təşkilati məsələləri iki ay müddətində həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin etsin;

3.3. bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş maliyyə vəsaitinin dövlət büdcəsindən ayrılmasını təmin etsin;

3.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


SON XƏBƏRLƏR