Sumqayıt şəhər İH-in İnformasiya və Reklam Departamenti ləğv edilib

img

01-02-2018 [11:07]


Sumqayıt şəhər İcra Hakimiyyətinin strukturu olan İnformasiya və Reklam Departamenti ləğv olunduğunu elan edib.

Sumqayıt şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Azərbaycan prospektində yerləşən Sumqayıt şəhər İcra Hakimiyyətinə bildirə bilərlər.

Qeyd edək ki, ötən ilin iyunun 20-də prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Reklam Agentliyi yaradılıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin strukturu olan İnformasiya və Reklam Departamenti ləğv olunması Dövlət Reklam Agentliyinin yaradılması ilə bağlıdır.

Xatırladaq ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan İnformasiya və Reklam Departamenti isə qanunvericiliyə müvafiq olaraq, Sumqayıt şəhəri ərazisində reklam və informasiya siyasətinin həyata keçirilməsi, küçə reklam daşıyıcılarına nəzarəti həyata keçirən dövlət orqanı funksiyasını yerinə yetirirdi/apa.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub